BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə Sabunçu rayonunda baş verib.

 

Belə ki, Elnur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.

 

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi başlanılıb./APA

Tarix: 14 Sentyabr 2026, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin