BURADA REKLAMINIZ OLA
BİLƏR

Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib

Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazarov Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib.

 

Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, müfti Nuriddin Xoliknazarov elmi heyət vasitəsilə tədris proqramlarının qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsinin və əsas dini fənlərin tədrisində vahid yanaşmaların formalaşdırılmasının mümkün olduğunu bildirib.

 

Müfti professor-müəllimlər və müdərrislər arasında təcrübə mübadiləsinin, eləcə də ixtisasartırma proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

N.Xoliknazarov tələbə-gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsinə və onların elmi potensialının artırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsini də təklif edib.

 

O qeyd edib ki, gənclərin təhsili və tərbiyəsi, eləcə də mədrəsələrin inkişafı istiqamətində atılacaq bu addımlar bilikli və yetkin alimlər nəslinin yetişdirilməsinə mühüm töhfə verəcək.

Tarix: 14 Sentyabr 2026, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin