BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni tədris ilində ilk dərs nəyə həsr olunacaq?

Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.

 

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

Tarix: 14 Sentyabr 2026, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin