BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində Bakı Metropolitenində qatarlararası intervallar minimuma endirilir.

 

Pravda.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

 

Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.

 

Yaşıl xətdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

 

Bənövşəyi xəttdə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

 

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Tarix: 14 Sentyabr 2026, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin