BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah çimərlik mövsümü başa çatır: Son günün proqnozu

Sentyabrın 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.

 

Dəniz suyunun temperaturu:

 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24,

 

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

 

Qeyd edək ki, Azərbaycanda rəsmi çimərlik mövsümü hər il sentyabrın 15-də başa çatır. Bu tarixdən etibarən çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin növbətçiliyi dayandırılır, təhlükəsizlik nişanları yığışdırılır və infrastruktur obyektləri fəaliyyətini yekunlaşdırır.

Tarix: 14 Sentyabr 2026, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin