BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu il 7 milyondan çox dərslik çap olunaraq məktəblərə çatdırılıb

Tədris ili başlamazdan əvvəl 7 milyon nüsxədən çox dərslik çap olunub və məktəblərə çatdırılıb.

 

Pravda.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, yeni tədris ilinə hazırlıq çərçivəsində 49 adda dərsliyin məzmunu müasir standartlar nəzərə alınmaqla təkmilləşdirilib və ya yenilənib. Ümumilikdə 325 adda dərsliyin çapı yekunlaşdırılıb və 7 milyondan çox nüsxə dərslik ölkə üzrə məktəblərə paylanılıb.

 

Qeyd olunub ki, təkmilləşdirmə işləri beynəlxalq qiymətləndirmə tədqiqatlarının yanaşmaları və müasir pedaqoji prinsiplər əsasında aparılıb.

Tarix: 14 Sentyabr 2026, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin