BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəncəfilli peçenye necə hazırlanır?

Soyuq günlərdə mətbəxi xoş ətri ilə bürüyən zəncəfilli peçenye çay və qəhvə saatlarının sevilən təamlarından biridir. Lakin düzgün hazırlanmadıqda peçenye həddindən artıq sərt ola və formasını itirə bilər.


Pravda.az bildirir ki, bal, bəhməz və şəkərin ədviyyatlarla birlikdə qızdırılması isə bu peçenyeyə özünəməxsus dad və ətir verir.


Əvvəlcə bal, bəhməz və qəhvəyi şəkər tavaya və ya kiçik qazana əlavə edilir. Şəkər tamamilə əriyənə qədər zəif odda qızdırılır. Daha sonra üyüdülmüş darçın, zəncəfil və mixək əlavə edilir. Ədviyyatların ətri yaxşı çıxdıqdan sonra qarışıq otaq temperaturunda bir qədər soyumağa qoyulur.


Qarışıq ilıqlaşdıqda yumşaldılmış kərə yağı əlavə edilir. Qarışıq tam soyuduqdan sonra çalınmış yumurta əlavə olunur. Ardınca ələnmiş un və soda tədricən qarışığa əlavə edilərək xəmir yoğrulur. Ələ yapışmayan, elastik və tünd rəngli xəmir əldə edilməlidir. Hazır xəmir formaya salınmazdan əvvəl dincəldilir.


Dincəlmiş xəmir iki yağlı kağızın arasına qoyulur və oxlovla bərabər qalınlıqda açılır.


Bu üsul xəmirin səthə və oxlova yapışmasının qarşısını alır. Daha sonra müxtəlif peçenye qəlibləri ilə xəmirdən fiqurlar kəsilir və yağlı kağız sərilmiş soba sinisinə aralı şəkildə düzülür. Kənarda qalan xəmir də yenidən açılaraq istifadə edilə bilər.


Peçenyelər əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirilir. Sobanın gücündən asılı olaraq bişmə müddəti dəyişə bilər. Peçenyelərin alt və kənarları yüngül rəng aldıqda onları sobadan çıxarmaq lazımdır. İlk çıxanda yumşaq olan peçenyelər soyuduqca xırtıldayan və kövrək quruluş alır.


Əminə Bayramova 

Tarix: 14 Sentyabr 2026, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin