Abşeron rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şri-Lanka vətəndaşları - 1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 1992-ci il təvəllüdlü Sedara Munasinghe, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Dinesh Geethackarigenin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Şri-Lanka vətəndaşları Abşeron rayonunda pakistanlı Dinuka Pathirahanı və onun atası Dammikanı qəsdən öldürməyə cəhddə, onlara qarşı quldurluqda təqsirli biliniblər.
Hadisə 2022-ci il sentyabrın 21-də Masazır qəsəbəsində baş verib.
Təqsirləndirilənlər və hazırda barəsində axtarış elan edilmiş digər şəxs sentyabrın 21-də saat 21:30-da Azərbaycanda yaşamaq, işləmək və təhsil almaq üçün vasitəçilik vədi verən Dinuka Pathiranı müvəqqəti yaşadıqları mənzilə dəvət ediblər. Onlar Dinuka Pathiraya Azərbaycanda yaşamaq istəmədiklərini və Şri-Lankaya qayıtmaq istədiklərini bildiriblər, xərc kimi verdikləri 1500 ABŞ dollarını geri tələb ediblər.
Mübahisə zamanı onlar Dinuka Pathiraya bıçaqla, butulka ilə xəsarət yetiriblər. Daha sonra bıçağı Dinukanın boğazına dirəyərək onu öldürəcəklərini deyiblər. Onun bank hesabından 400 ABŞ dollarını öz kartlarına köçürüblər, pul kisəsindən 3300 ABŞ dolları nağd pulu, mobil telefonlarını götürüblər.
Dəstə üzvləri mənzildə olan qaz balonunun klapanını açıblar və evə qaz buraxıblar, güclü partlayışla və ya qazın evə dolması nəticəsində zəhərlənmələri səbəbindən həm zərərçəkmiş şəxslərin, həm də həmin binada olan digər mənzillərdə yaşayan çoxsaylı insanların xəsarət almasına və ya ölməsinə səbəb ola biləcək hərəkətlər ediblər.
Dəstə üzvləri Dinuka Pathiraya və onun atasını mənzildə döyərək halsız vəziyyətə salıblar, onların əl və ayaqlarını bağlayıblar, qapını da arxadan bağlayaraq oranı tərk ediblər.
Lakin onlar getdikdən sonra Dinuka özünün və atasının əl-ayağını açmağa nail olub. Qaz balonunun klapanını bağlayıb və binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən həyətə düşüb. Orada olan polis əməkdaşlarının köməyi ilə atasını da həmin mənzildən çıxarmağa nail olub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rathnayake Nuvan və Sedara Munasinghe hər biri 15 il, Dinesh Geethackarigen 14 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.
Kamal Məmmədov
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
15 Oktyabr 17:24
15 Oktyabr 17:19
15 Oktyabr 17:14
15 Oktyabr 17:09
15 Oktyabr 16:59
15 Oktyabr 16:53
15 Oktyabr 16:39
15 Oktyabr 16:22
15 Oktyabr 16:20
15 Oktyabr 16:17
15 Oktyabr 16:13
15 Oktyabr 16:09
15 Oktyabr 15:59
15 Oktyabr 15:57
15 Oktyabr 15:45
15 Oktyabr 15:40
15 Oktyabr 15:29
15 Oktyabr 15:27
15 Oktyabr 15:23
15 Oktyabr 15:15
15 Oktyabr 15:02
15 Oktyabr 14:59
15 Oktyabr 14:55
15 Oktyabr 14:52
15 Oktyabr 14:49
15 Oktyabr 14:44
15 Oktyabr 14:37
15 Oktyabr 14:20
15 Oktyabr 14:14
15 Oktyabr 14:12
15 Oktyabr 14:07
15 Oktyabr 14:02
15 Oktyabr 13:53
15 Oktyabr 13:47
15 Oktyabr 13:35
15 Oktyabr 13:32
15 Oktyabr 13:27
15 Oktyabr 13:19
15 Oktyabr 13:13
15 Oktyabr 13:10
15 Oktyabr 13:07
15 Oktyabr 13:03
15 Oktyabr 12:58
15 Oktyabr 12:55
15 Oktyabr 12:54
15 Oktyabr 12:49
15 Oktyabr 12:46
15 Oktyabr 12:44
15 Oktyabr 12:40
15 Oktyabr 12:39
15 Oktyabr 12:35
15 Oktyabr 12:31
15 Oktyabr 12:31
15 Oktyabr 12:29
15 Oktyabr 12:22
15 Oktyabr 12:20
15 Oktyabr 12:17
15 Oktyabr 12:15
15 Oktyabr 12:02
15 Oktyabr 12:01
15 Oktyabr 11:57
15 Oktyabr 11:47
15 Oktyabr 11:41
15 Oktyabr 11:33
15 Oktyabr 11:27
15 Oktyabr 11:22
15 Oktyabr 11:14
15 Oktyabr 11:12
15 Oktyabr 11:02
15 Oktyabr 10:59
15 Oktyabr 10:53
15 Oktyabr 10:44
15 Oktyabr 10:32
15 Oktyabr 10:27
15 Oktyabr 10:23
15 Oktyabr 10:21
15 Oktyabr 10:12
15 Oktyabr 10:07
15 Oktyabr 10:05
15 Oktyabr 09:49
15 Oktyabr 09:36
15 Oktyabr 09:10
15 Oktyabr 09:05
15 Oktyabr 09:04
15 Oktyabr 09:03
15 Oktyabr 08:57
15 Oktyabr 08:51
15 Oktyabr 08:49
15 Oktyabr 08:44
15 Oktyabr 08:43
15 Oktyabr 08:41
15 Oktyabr 08:36
15 Oktyabr 08:33
15 Oktyabr 08:30
15 Oktyabr 08:25
15 Oktyabr 07:59
15 Oktyabr 06:47
15 Oktyabr 06:44
15 Oktyabr 06:37
15 Oktyabr 06:30
15 Oktyabr 06:28
15 Oktyabr 06:25
15 Oktyabr 06:23
15 Oktyabr 06:21
14 Oktyabr 22:56
14 Oktyabr 22:44
14 Oktyabr 21:07
14 Oktyabr 19:38
14 Oktyabr 19:20
14 Oktyabr 19:19
14 Oktyabr 19:16
14 Oktyabr 19:15
14 Oktyabr 19:13
14 Oktyabr 19:12
14 Oktyabr 19:10
14 Oktyabr 19:06
14 Oktyabr 18:58
14 Oktyabr 18:37
14 Oktyabr 18:34
14 Oktyabr 18:27
14 Oktyabr 18:20
14 Oktyabr 18:17
14 Oktyabr 18:12
14 Oktyabr 18:11
14 Oktyabr 18:07
Ən son xəbərləri səhifəmizdən də izləyin