BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş həkimə qarşı dələduzluqda təqsirləndirilərək bəraət alan şəxsdən xəbər var

Baş həkimə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cənnət Məhərrəmovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 16-na təyin edilib.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Cinayət işində zərərçəkən kimi tanınan "Happy Smile" Diş Klinikasının baş həkimi Qurbanova Natəvan Mirtahir qızı ilə müqaviləsi olub və müqaviləyə görə Cənnət Məhərrəmov klinikaya stomotoloji aparat verməli olub.

 

Ancaq Cənnət Məhərrəmov müəyyən səbəblərdən bu müqavilənin öhdəliklərini tam yerinə yetirə bilməyib. Yəni onlar arasında mülki münasibətlərdən irəli gələn bir əməkdaşlıq olub.

 

Cənnət Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2026, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin