BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevinc Fəttahova, Nemət Xuduzadə və Səxavət Məmmədov vəzifələrindən azad ediliblər

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

 

Məlumata görə, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

 

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

 

Komitədən məlumatı saytımıza təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.(Unikal)

Tarix: 15 Sentyabr 2026, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin