BURADA REKLAMINIZ OLA
BİLƏR

İlk dərs günü sinif otağında elektron siqaret çəkən uşaqlar: Polis hərəkətə keçdi - VİDEO

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülərlə bağlı polis hərəkətə keçib.

 

Məlumata görə, məktəblilərin sinif otağında elektron siqaret çəkərək canlı yayım etməsi ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

 

Həmin görüntülərin 264 saylı məktəb-liseydə qeydə alındığı bildirilir.

 

Qeyd edək ki, yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

 

Görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

 

Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

 

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsi olub. (Oxu.Az)

 

Tarix: 15 Sentyabr 2026, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin