Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.
Bakı Şəhər Halqasından verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.
“2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.
Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”, - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qeyd edib ki, 2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır: "Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.
Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm — gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”.
Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabrda keçiriləcək.
13 Oktyabr 14:33
13 Oktyabr 14:27
13 Oktyabr 14:14
13 Oktyabr 14:13
13 Oktyabr 14:01
13 Oktyabr 13:57
13 Oktyabr 13:50
13 Oktyabr 13:46
13 Oktyabr 13:43
13 Oktyabr 13:41
13 Oktyabr 13:40
13 Oktyabr 13:37
13 Oktyabr 13:32
13 Oktyabr 13:31
13 Oktyabr 13:13
13 Oktyabr 13:07
13 Oktyabr 13:07
13 Oktyabr 13:03
13 Oktyabr 12:59
13 Oktyabr 12:57
13 Oktyabr 12:53
13 Oktyabr 12:43
13 Oktyabr 12:41
13 Oktyabr 12:35
13 Oktyabr 12:28
13 Oktyabr 12:22
13 Oktyabr 12:20
13 Oktyabr 12:18
13 Oktyabr 12:15
13 Oktyabr 12:05
13 Oktyabr 12:03
13 Oktyabr 11:59
13 Oktyabr 11:57
13 Oktyabr 11:51
13 Oktyabr 11:50
13 Oktyabr 11:46
13 Oktyabr 11:44
13 Oktyabr 11:42
13 Oktyabr 11:38
13 Oktyabr 11:36
13 Oktyabr 11:34
13 Oktyabr 11:27
13 Oktyabr 11:19
13 Oktyabr 11:15
13 Oktyabr 11:14
13 Oktyabr 11:10
13 Oktyabr 11:05
13 Oktyabr 10:59
13 Oktyabr 10:56
13 Oktyabr 10:47
13 Oktyabr 10:46
13 Oktyabr 10:44
13 Oktyabr 10:41
13 Oktyabr 10:38
13 Oktyabr 10:35
13 Oktyabr 10:31
13 Oktyabr 10:31
13 Oktyabr 10:27
13 Oktyabr 10:23
13 Oktyabr 10:23
13 Oktyabr 10:13
13 Oktyabr 10:06
13 Oktyabr 10:02
13 Oktyabr 10:02
13 Oktyabr 09:58
13 Oktyabr 09:56
13 Oktyabr 09:54
13 Oktyabr 09:50
13 Oktyabr 09:48
13 Oktyabr 09:37
13 Oktyabr 09:15
13 Oktyabr 09:12
13 Oktyabr 08:49
13 Oktyabr 08:44
13 Oktyabr 08:37
13 Oktyabr 08:35
13 Oktyabr 08:32
13 Oktyabr 08:24
13 Oktyabr 08:19
13 Oktyabr 08:16
13 Oktyabr 08:10
13 Oktyabr 08:05
13 Oktyabr 06:35
13 Oktyabr 06:32
13 Oktyabr 02:09
12 Oktyabr 23:39
12 Oktyabr 23:31
12 Oktyabr 23:11
12 Oktyabr 22:31
12 Oktyabr 22:28
12 Oktyabr 22:27
12 Oktyabr 22:22
12 Oktyabr 21:33
12 Oktyabr 21:30
12 Oktyabr 21:27
12 Oktyabr 20:15
12 Oktyabr 19:23
12 Oktyabr 19:01
12 Oktyabr 18:33
12 Oktyabr 18:28
12 Oktyabr 18:20
12 Oktyabr 18:17
12 Oktyabr 18:10
12 Oktyabr 18:07
12 Oktyabr 18:04
12 Oktyabr 18:01
12 Oktyabr 17:55
12 Oktyabr 17:49
12 Oktyabr 17:45
12 Oktyabr 17:42
12 Oktyabr 17:36
12 Oktyabr 17:35
12 Oktyabr 17:27
12 Oktyabr 17:25
12 Oktyabr 17:15
12 Oktyabr 17:09
12 Oktyabr 16:51
12 Oktyabr 16:49
12 Oktyabr 16:47
12 Oktyabr 16:42
12 Oktyabr 16:35
12 Oktyabr 16:28
12 Oktyabr 16:20
12 Oktyabr 16:15
12 Oktyabr 16:09
12 Oktyabr 16:07
12 Oktyabr 16:04
12 Oktyabr 16:03
12 Oktyabr 15:59
12 Oktyabr 15:59
12 Oktyabr 15:57
12 Oktyabr 15:53
12 Oktyabr 15:33
12 Oktyabr 15:30
12 Oktyabr 15:26
12 Oktyabr 15:25
12 Oktyabr 15:23
12 Oktyabr 15:21
12 Oktyabr 15:20
12 Oktyabr 15:17
12 Oktyabr 15:15
12 Oktyabr 15:12
12 Oktyabr 15:10
12 Oktyabr 15:00
12 Oktyabr 14:55
12 Oktyabr 14:49
12 Oktyabr 14:45
12 Oktyabr 14:43
12 Oktyabr 14:41
12 Oktyabr 14:35
Ən son xəbərləri səhifəmizdən də izləyin