BURADA REKLAMINIZ OLA
BİLƏR

Cahangir Əsgərovun qızı xaricdə 7 milyonluq əmlak aldı

Dövlət subsidiyaları ilə idarə olunan AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Nyu Yorkda Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb.

 

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

 

“Söhbət Manhettenin Çelsi rayonunda, 543 “West 25th Street” ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir.

 

Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu MRCRİ Prop LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə “Duqlas Uolla”nın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate LLC” olub. Ümumi sahə 434.6 kvadrat metrdir.

 

Əmlak biznes istifadəsi, böyük ehtimalla “Gazelli Art House” üçün alınıb.

 

“Duqlas Uolla” Nyu York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur”, - jurnalist bildirib./Axar.az

Tarix: 17 Sentyabr 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin