BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ səfiri Salyana getdi – FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna səfər edib.

 

Bu barədə Pravda.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, L.Litzenberger səfər zamanı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, Şirvan Milli Parkını gəzib və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

 

Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması səfirdə böyük təəssürat oyadıb. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğulayıb və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirib.

 

L.Litzenberger Salyan Rayon Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb.

 

İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə ABŞ, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.

 

Qeyd edək ki, Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində (ADU) yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Fotoları təqdim edirik
Tarix: 17 Dekabr 2019, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin