BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 4 avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.


Pravda.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.


Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.


Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.

Tarix: 19 Sentyabr 2026, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin