BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

 

Bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib.

 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tarix: 20 Sentyabr 2026, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin