BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Əliyev Aysel İbayevaya yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

 

Pravda.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

 

O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə “PAŞA Sığorta” ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

Tarix: 21 Sentyabr 2026, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin