BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Senatın sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tanzila Narbayevanı qəbul edib.

 

Pravda.az-ın xəbərinə görə, Ali Məclis Senatının sədri Tanzila Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı burada gördüyü inkişaf proseslərindən Özbəkistana dərin təəssüratlarla qayıdıb.

 

Özbəkistan Ali Məclisi Senatının sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Özbəkistana səfərini səbirsizliklə gözlədiklərini qeyd edib. Tanzila Narbayeva Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə yaxından tanış olduqlarını deyərək onun Azərbaycanda gedən inkişaf proseslərinə böyük töhfə verdiyini vurğulayıb.

Tarix: 17 Dekabr 2019, 20:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin