BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın tanınmış şairi koronavirusdan öldü - FOTO

"Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı koronavirus səbəbindən bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova məlumat verib.

 

“Bu xəbər hər birimizi dərindən kədərləndirdi. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm”,-deyə baş redaktor bildirib.

 

Şair-publisit, jurnalist Qələndər Xaçınçaylı bir müddət əvvəl “Yeni Klinika” Tibb Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirmişdilər.

Fotoları təqdim edirik
Tarix: 25 Avqust 2020, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin