BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda torpaq sürüşməsi oldu - VİDEO

Quba rayonunda torpaq sürüşməsi qaz xəttini dayaqlardan yerə salıb.

 

Pravda.az-ın xəbərinə görə, “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfər bildirib ki, Quba rayonunun Afurca kəndində Vəlvələ çayının qırağı ilə gedən yolda torpaq sürüşməsi baş verib. Təqribən 30-40 metr hündürlükdən başlayan torpaq sürüşməsi zamanı ərazidən keçən 76 mm diametrində olan qaz xəttinin 100 metrə yaxın hissəsi dayaqlardan yerə düşüb. Qaz xəttində zədələnmə yoxdur, sızma müşahidə edilməyib və qaz təminatında fasilə yaranmayıb.

 

Qeyd edilən qaz xətti 35 fərdi yaşayış evinin təchizatına xidmət göstərir. “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsindən bildirilib ki, hazırda bərpa işləri aparılmaqdadır və torpaq sürüşməsi ehtimalı olan ərazilər nəzarətdə saxlanılıb.

 

Tarix: 25 Avqust 2020, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin