BURADA REKLAMINIZ OLA
BİLƏR

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.

 

Pravda.az xəbər verir ki, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

 

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Tarix: 25 Sentyabr 2026, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin