BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlətə 225 740 manat məbləğində ziyan vurdular

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumatda bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında, Suraxanı rayonu Ramana qəsəbəsində və Quba rayonu Çiçi kəndinin inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix: 25 Sentyabr 2026, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin