BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.

 

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

 

Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

Tarix: 28 Sentyabr 2026, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin