BURADA REKLAMINIZ OLA
BİLƏR

Novruz tonqalının yanında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi – HƏBS

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Rəşad Rəşidovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Rəşad Rəşidov 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub və o, dərhal məhkəmə iclas zalından həbsə alınıb.

 

İttihama görə, hadisə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində baş verib.

 

Rəşad Rəşidov olay zamanı sərxoş vəziyyətdə olub. O, kənddə Novruz bayramı ilə bağlı qalanan tonqalın yanında həmkəndlisi S.S. (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə sonradan tonqaldan uzaqda yerləşən bulağın qarşısında davam edib. Həmin vaxt S.S.-in qohumu olan zərərçəkmiş Ruslan Hacızadə (soyadı şərtidir) tərəflərin mübahisə etdiyini görərək təqsirləndirilən şəxsə iradını bildirib. Zərərçəkmiş şəxs isə Rəşadı sinəsindən itələyib.

 

Bundan sonra tərəflər arasında münaqişə yaranıb.

 

Təqsirləndirilən şəxs üzərində olan suvenir tipli bıçağı çıxararaq Ruslanın döş nahiyəsinə bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

 

Məhkəmə materiallarında həmin bıçağın soyuq silah hesab edilmədiyi qeyd olunub.

 

Hadisədən sonra Rəşad Rəşidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 29 Sentyabr 2026, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin