BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

 

Pravda.az xəbər verir ki, Şeyx Əbdül Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:

 

"Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür".

 

Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.

Tarix: 29 Sentyabr 2026, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin