BURADA REKLAMINIZ OLA
BİLƏR

Təl-Əvivə uçan "Flydubai" təyyarəsi bu səbəbdən Səudiyyə Ərəbistanına eniş edib - YENİLƏNİB

Tel-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

 

"The Jerusalem Post" xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib.

***

10:57

 

Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

 

Bu barədə “Ynet” məlumat yayıb.

 

***

10:40

 

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

 

“Ynet”in xəbərinə görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

 

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

 

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

 

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb./APA

Tarix: 30 Sentyabr 2026, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin