BURADA REKLAMINIZ OLA
BİLƏR

Depozit pulunun qaytarılması üstündə mübahisə qanla bitdi, məhkəmə zalından buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Eldar İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və məhkəmə iclasında həbsdən azad edilib.

 

İttihama görə, hadisə bu il saat 23:25 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Kabab Dürüm” kafesində baş verib.

 

Belə ki, hadisədən əvvəl təqsirləndirilən şəxs həmin kafedə şam edib. Bu zaman zərərçəkmiş Saməddin Babazadə Eldarın qardaşı Orxan İbrahimovdan icarəyə götürdüyü avtomobil üçün depozit olaraq verdiyi pulun qaytarılmasını tələb edib.

 

Pulun qaytarılması ilə bağlı tərəflər arasında mübahisə yaranıb.

 

Bu zaman Saməddin təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib və onu yumruqla vurub.

 

Daha sonra Eldar İbrahimov üzərində olan, istintaqla silah qismində istifadə edildiyi müəyyənləşdirilən bıçaqla zərərçəkmiş şəxsə zərbə endirib. O, bıçaqla Saməddinin döş nahiyəsindən bir dəfə zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin döş qəfəsinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası əmələ gəlib. Bundan başqa, zərbə nəticəsində onun dalağı zədələnib və tibbi müdaxilə zamanı dalağın çıxarılması zərurəti yaranıb.

 

Hadisədən sonra Eldar İbrahimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

Tarix: 1 Oktyabr 2026, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin