BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüfət Quliyev ombudsmanın maaşının artırılmasından danışdı: “Heç kəsdən asılı qalmamalıdır”

“Ombudsmanın birmənalı vəzifə borcu ondan ibarətdir ki, insanların haqqını, ədalətini tələb və müdafiə edə bilsin. Hətta ola bilər ki, Ombudsman Aparatında da kiminsə maaşlarına müsbət formada təsir edib. Bu insanın özünün də şəxsən kifayət qədər maaş almasına lüzum var, lazımdır”.

 

Bu sözləri Pravda.az-a iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev ombudsmanın aylıq vəzifə maaşının 3 060 manatdan 12 min manata qaldırılmasına sərt reaksiyalar verənlərə münasibət bildirərkən deyib.

 

R.Quliyev qeyd edib ki, bu bütün dünyada belədir: “Baxsaq görərik ki, ombudsmanlar kifayət qədərdən də artıq maaşlar alır, inanıram ki, bəlkə burada Ombudsmanın yeni maaşından iki-üç qat da artıq alırlar. Nə üçün? Bunun çox asan bir izahı var. Bu insan həyatda heç kəsdən və heç nədən heç zaman asılı qalmamalıdır. Bunun maddi imkanları elə olmalıdır ki, rahat formada Ombudsman siyasətini həyata keçirsin və haqq-ədalət tərəfində dursun. Mənə elə gəlir Azərbaycanın Ombudsmanı bu siyasəti istənilən kimi, kifayət qədər həyata keçirə bilir. Buna belə reaksiya vermək, bu formada qəbul etməyə dəyməzdi. Bu insanın rahat yaşaması, rahat həyatını qurması, maliyyə azadlığı ona gətirib çıxarır ki, Ombudsman vəzifəsini icra edən şəxs rahat formada daha sürətlə, tez ədalət, haqq prinsiplərini bərpa etməyə imkanı daha da çox olacaq”.

 

Şəhanə Qədirli

Tarix: 1 Oktyabr 2026, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin