BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülük hüququ olmadan atasının maşınını sürərək qəza törədən şəxsə hökm oxundu

Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ü.İsmayılzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Ü.İsmayılzadə 2025-ci il tarixdə, saat 01 radələrində atasına məxsus “VAZ-2121” (“Niva”) markalı avtomobili idarə edib. Onun həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmayıb. Buna baxmayaraq, təqsirləndirilən şəxs avtomobili Sabirabad rayonu, Moranlı kəndi ərazisində idarə edib.

 

İş materiallarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən həmin yol sahəsində nəqliyyat vasitəsinin maksimal sürəti 60 km/saat olmalı olduğu halda, Ü.İsmayılzadə avtomobili 80 km/saat sürətlə idarə edib.

 

Yüksək sürətlə hərəkətdə olarkən avtomobilin idarəetməsini itirən sürücü nəqliyyat vasitəsini yol kənarında yerləşən su arxına aşırıb. Qəza nəticəsində avtomobilin ön sağ oturacağında əyləşən zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ağır xəsarətlər alıb.

 

Ekspertiza həmin xəsarətlərin məcmusunu həyat üçün təhlükəli olan ağır zərər kimi qiymətləndirib.

 

İş üzrə aparılmış araşdırmanın nəticələrinə əsasən, Ü.İsmayılzadə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilib.

 

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Məhkəmə müəyyən edib ki, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

 

Kamal Məmmədov

Tarix: 2 Oktyabr 2026, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin