BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının iki rayonunda qaz olmayacaq

Bakının Xətai və Suraxanı rayonlarında qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

 

Məlumata görə, Xətai rayonunda A. Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrinin qaz təchizatı dayandırılacaq.

Tarix: 2 Oktyabr 2026, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin