BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi.

 

Pravda.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.

 

Dövlətimizin başçısı qeyd edib ki, bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik.

Tarix: 2 Oktyabr 2026, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin