BURADA REKLAMINIZ OLA
BİLƏR

Unutqanlığı “yaşlılıqdır” deyə gözardı etmək olmaz

Yaş artdıqca bəzi adları xatırlamaqda çətinlik çəkmək və ara-sıra nələrisə unutmaq normal sayıla bilər. Lakin unutqanlığın getdikcə artması və gündəlik həyata təsir göstərməsi diqqətdən kənarda qalmamalıdır.


Pravda.az bildirir ki, eyni hadisəni qısa aralıqlarla təkrar danışmaq, yaxın zamanda baş verənləri tamamilə unutmaq, pul hesablamalarında və ya dərman qəbulunda tez-tez səhvlərə yol vermək, əvvəllər yaxşı tanınan yerdə yolu qarışdırmaq ciddi əlamətlər ola bilər.


Unutqanlıq yalnız demensiya və ya Alzheimer xəstəliyi ilə bağlı olmaya bilər. Yuxu pozğunluğu, depressiya, vitamin çatışmazlığı, qalxanabənzər vəz xəstəlikləri və bəzi dərmanlar da yaddaş problemlərinə səbəb ola bilər. Buna görə artan unutqanlıq zamanı nevroloji müayinədən keçmək tövsiyə olunur.


Unutqanlığın insanın gündəlik fəaliyyətlərinə təsir etməyə başladığı hallarda müayinənin gecikdirilməməsini tövsiyə edirlər. Erkən qiymətləndirmə problemin səbəbini müəyyən etməyə və uyğun müalicəyə vaxtında başlamağa imkan verə bilər. Yaddaş problemləri ilə yanaşı, davranış və şəxsiyyət dəyişiklikləri müşahidə olunarsa, bu əlamətlər də həkimə bildirilməlidir.


Əminə Bayramova 

Tarix: 2 Oktyabr 2026, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin