BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır - Müddətsiz olacaq

Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.

 

Bunu deputat Nizami Səfərov YAP-ın Nizamnaməsinə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.

 

Nizami Səfərov deyib ki, hazrıda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

 

Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: "Prezident İlham Əliyevin mütəşəkkil qüvvə olan YAP-a müddətsiz rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq"./APA

Tarix: 2 Oktyabr 2026, 15:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin