BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Tarix: 27 Avqust 2020, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin