BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xəzər TV" telekanalının fəaliyyətə başlamasından 19 il ötür

"Xəzər TV" telekanalının fəaliyyətə başlamasından 19 il ötür.

 

Televiziya 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayıb.

 

Telekanal hazırda Azərbaycan ərazisində ümumölkə yerüstü televiziya yayımçısı kimi fəaliyyət göstərir.

 

Kanalın yayımı Azərbaycanın bütün ərazisini əhatə edir. "Xəzər TV" rəqəmsal yerüstü və peyk yayımı ilə yanaşı, müxtəlif platforma və multipleks operatorlarının şəbəkələri vasitəsilə də yayımlanır.

 

Telekanalın efirində xəbər və informasiya proqramları, tok-şoular, analitik, əyləncə və musiqi proqramları, seriallar, filmlər və digər televiziya layihələri təqdim olunur.

 

Xatırladaq ki, Murad Dadaşov 2020-ci ildə "Xəzər TV" MMC-nin baş direktoru təyin olunub. Telekanal "Azerspace-1" peykində HD yayım formatına keçib.

Tarix: 5 Oktyabr 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin