BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtomobil dərəyə aşdı, ölən var

Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, avqustun 26-ı saat 18 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix: 27 Avqust 2020, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin