BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat

Bakıda fəaliyyət göstərən “Beer Hall” adlı restoranda təqdim olunan hesab ciddi müzakirələrə səbəb olub.

 

Pravda.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

 

O paylaşımda 10 nəfərlik masa üçün sifarişlərin ümumi məbləğinin 1051 manat olduğunu bildirilib. Bundan əlavə, 50 manat canlı musiqi, 30 manat içki xidməti və 105 manat xidmət haqqı hesablanıb.

 

Nəticədə ümumi məbləğ 1236 manat təşkil edib.

 

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. İstifadəçilər hesabın yüksək olmasına və əlavə ödənişlərin ayrıca göstərilməsinə münasibət bildiriblər.

Tarix: 5 Oktyabr 2026, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin