Şəki Apellyasiya Məhkəməsində “İnternational” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin Mingəçevir filialında müştərinin adına saxta sənədlərlə kredit rəsmiləşdirərək pul vəsaitinin bir hissəsini mənimsəməkdə ittiham olunan Camal Həsənovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin qərarı zərərçəkmiş N.İbrahimovun təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iddiasının zərərçəkmiş şəxsə geri qaytarılması hissəsinə münasibətdə dəyişdirilib. Cinayət işi üzrə zərərçəkmiş şəxs N.İbrahimovun mülki iddiadan imtina etməsi qəbul olunub və mülki iddia üzrə icraata xitam verilib.
İttihama görə, Camal Həsənov 2020-ci ildən 2024-cü ilədək “İnternational” BOKT ASC-nin Mingəçevir filialında müxtəlif vəzifələrdə, o cümlədən satış (kredit) mütəxəssisi vəzifəsində çalışıb.
Vəzifə təlimatına əsasən, onun əsas vəzifələrinə müştərilərə kredit şərtlərini izah etmək, təqdim olunan məlumatların düzgünlüyünü yoxlamaq, kredit sənədlərini hazırlamaq, müştərilərə imzalatdırmaq və kreditin verilməsi ilə bağlı təklifin Kredit Komitəsinə təqdim edilməsi üçün sənədləri filial müdirinə çatdırmaq daxil olub.
Həmçinin təqsirləndirilən şəxs kredit sənədlərinin və kredit qovluğunun tam hazırlanmasına, təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyıb.
İstintaqın versiyasına əsasən, Camal Həsənov qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd şəkildə istifadə edərək, etibar edilmiş pul vəsaitini mənimsəmək məqsədilə müştəri N.İbrahimovun adına iki dəfə kredit rəsmiləşdirib. İttihamda həmin əməliyyatlar zamanı rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edildiyi və müştərinin imzasının saxtalaşdırıldığı göstərilib.
İş materiallarına görə, ilk epizod 2022-ci il tarixdə baş verib. Həmin gün N.İbrahimov 18 ay müddətinə, illik 52 faizlə 1 400 manat kredit götürüb. Kreditin təminatı olaraq likvid dəyəri 519 ABŞ dolları, həmin günün məzənnəsi ilə 882,30 manat, satış dəyəri isə 812,5 ABŞ dolları, yəni 1 381,25 manat olan bir qızıl boyunbağı, bir qızıl üzük və bir qızıl kulon girov qoyulub. Təqsirləndirilən şəxs həmin kreditin rəsmiləşdirilməsi ilə bağlı kredit və girov müqaviləsini, girov qoyulan qiymətlilərin qiymətləndirilməsi və təhvil-təslim aktını, eləcə də kredit təşkilatına məxsus plastik kartın təhvil-təslim aktını tərtib edib.
O, müştərinin imzasını saxtalaşdıraraq sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və həmin sənədləri kreditin verilməsi barədə təklifin Kredit Komitəsinə çıxarılması üçün filial müdirinə təqdim edib. Nəticədə N.İbrahimovun adına 1 400 manat kredit rəsmiləşdirilməsinə nail olunub.
Kredit məbləğinin 1 042 manatı müştərinin əvvəlki kredit müqaviləsi üzrə qalıq borcuna və komissiya haqqına silinib. Qalan 358 manat isə 2022-ci il tarixdə saat 16:53:56-da kredit təşkilatına aid plastik kart vasitəsilə Mingəçevir şəhərində yerləşən terminaldan nağdlaşdırılıb. Həmin vəsait Camal Həsənov tərəfindən şəxsi ehtiyaclarına sərf edilib.
İstintaqın versiyasına əsasən, təqsirləndirilən şəxs 2023-cü ildə də eyni niyyətini davam etdirib.
Belə ki, N.İbrahimovun adına 20 ay müddətinə, illik 52 faizlə 1 490 manat kredit rəsmiləşdirilib. Bu dəfə də kredit və girov müqaviləsi, girov qoyulan qiymətlilərin qiymətləndirilməsi və təhvil-təslim aktı, həmçinin plastik kartın təhvil-təslim aktı tərtib olunub.
İttihamda bildirilir ki, Camal Həsənov həmin sənədlərdə də müştərinin imzasını saxtalaşdırıb və kreditin rəsmiləşdirilməsi üçün bilə-bilə yalan məlumatlar təqdim edib. Rəsmiləşdirilən 1 490 manatın 1 245 manatı əvvəlki kredit müqaviləsi üzrə qalıq borca və komissiya haqqına silinib. Qalan 245 manat isə 2023-cü il tarixdə saat 17:01–17:02 radələrində iki əməliyyatla plastik kart vasitəsilə nağdlaşdırılıb.
İstintaq hesab edib ki, təqsirləndirilən şəxs hər iki əməliyyat nəticəsində kredit təşkilatına məxsus ümumilikdə 603 manat vəsaiti mənimsəyərək şəxsi ehtiyaclarına sərf edib.
Həyata keçirilən kredit əməliyyatları nəticəsində N.İbrahimovun adına sonuncu dəfə rəsmiləşdirilmiş 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1 590 manat əsas borc və 647,27 manat faiz borcu yaranıb. Bundan başqa, ümumi dəyəri 881 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1 497,70 manat olan qızıl-zinət əşyaları girovda qalıb.
İstintaq orqanı hesab edib ki, bu əməllərlə zərərçəkmiş şəxsin hüquq və mənafelərinə mühüm zərər vurulub, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törədib.
Bu əməllərə görə Camal Həsənova Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilib.
Mingəçevir Şəhər Məhkəməsi iş üzrə hökmündə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsini əsas götürüb. Məhkəmə həmin maddə üzrə cinayət təqibinə xitam verilməsi barədə hökm çıxarıb. Bundan əlavə, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli qərarının 1.1, 1.2 və 5.1-ci bəndləri tətbiq edilib və həmin maddə üzrə də cinayət təqibinə xitam verilib.
Məhkəmə həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv edib.
Hökmə əsasən, N.İbrahimovun Camal Həsənova qarşı vurulmuş maddi ziyana görə pul tələbi ilə bağlı mülki iddiası zərərçəkmiş şəxsə geri qaytarılıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.
Kamal Məmmədov
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
Ən son xəbərləri səhifəmizdən də izləyin