BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş direktor qərardan narazıdır

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 7-nə təyin edilib.

 

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib.

 

R.İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. 2024-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsayev müddətə 14 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunub. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Kamal Məmmədov

Tarix: 6 Oktyabr 2026, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin