BURADA REKLAMINIZ OLA
BİLƏR

Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb

Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb.

 

Məlumata görə, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.

 

İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 6 Oktyabr 2026, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin