BURADA REKLAMINIZ OLA
BİLƏR

"EASYDRİLL"in 1,8 milyon manat vergi borcu var - Məhkəmə qərarı

"EASYDRİLL" Məhdud Məsuliyyətli Cəmiyyəti 1500 manat cərimələnib.

 

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət məcburi auditdən yayınmaqda təqsirli bilinib.

 

Məhkəmə müəyyən edib ki, MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditi aparılmayıb.

 

Şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilib.

 

Qeyd edək ki, nizamnamə kapitalı 500 manat olan “EASYDRİLL” MMC-nin qanuni təmsilçisi Əsədov Elad Eyvaz oğludur. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 801 142,73 manat vergi borcu olduğu bildirilir./Qaynarinfo

Tarix: 6 Oktyabr 2026, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin