BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Qərargah rəisi NATO-nun keçirdiyi təlimlərə münasibət bildirdi

NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizlərinin sularında keçirdiyi təlimlər alyansın genişmiqyaslı münaqişəyə hazırlığını göstərir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə görüşündə deyib.

 

“NATO-nun Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərinin sularında hərbi fəaliyyəti güclənir və alyansın hərbi təlimlərinin intensivliyi artır. Onların ssenariləri NATO-nun genişmiqyaslı hərbi münaqişədə öz qüvvələrinin yerləşdirilməsi üzrə hazırlıqları göstərir. Brüsselin doktrinal sənədlərində isə Rusiyaya düşmən statusu verilib”.

 

General bildirib ki, 2016-cı ildən başlayaraq alyansa üzv ölkələr müdafiə xərclərini 130 milyard dollar artırıb və 2024-cü ilə qədər bu rəqəmin 400 milyard dollara qədər artırılması planlaşdırılır.

 

Onun sözlərinə görə, problemli məsələlərin həlli üçün Rusiya ilə NATO arasında qarşılıqlı əlaqəni bərpa etmək zəruridir.APA

Tarix: 18 Dekabr 2019, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin