BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzənfər Abdullayev bu vəzifəsindən də azad edildi

Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib.

 

Məlumata görə, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. Keçirilən məclisdə şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev işdən azad edilib.

 

Şuraya yeni sədr təyin olunanadək sədrin vəzifələri müavin Xatirə İbrahimliyə həvalə edilib./APA

Tarix: 7 Oktyabr 2026, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin