BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Putinə zəng edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

 

Pravda.az xəbər verir ki, Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

 

Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tarix: 7 Oktyabr 2026, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin