“Bir sıra mənbələrdən alınan məlumata görə, guya danışıqlar bərpa olunub, 7 rayon qaytarılacaq. Onu deyim ki, belə söz-söhbətlər ilk dəfə deyil səslənir. Məsələ burada odur ki, bu və ya digər şəkildə danışıqlar bərpa edilsin. Düzü, danışıqların hansısa bir nəticə verəcəyinə inanmıram. Çünki Ermənistanda baş alıb gedən millətçilik dalğasında Paşinyan imkan verməz ki, hansısa bir dəyişikliklər olsun. Adicə əsirlikdə olan girovlarımızı azad etmirlər”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov deyib ki, erməni baş nazir heç bir güzəştə getmək fikrində deyil: “Bu cür açıqlamaları ciddi şəkildə qəbul etmirəm. Birmənalı şəkildə mövqeyimiz ondan ibarət olmalıdır ki, danışıqlardan əvvəl Ermənistanda siyasi mühit dəyişməlidir. Bunlar olmadan düşünürəm ki, ”danışıqlar naminə danışıqlar" olacaq. Bu da, sadəcə, cəmiyyətin münaqişənin həlli ilə bağlı bu tipli məsələlərlə başını qatacaq. Ermənistanın vəziyyəti və orada yer alan millətçilik dalğası imkan vermir ki, real danışıqlar olsun".
Sabiq nazir özünün Dağlıq Qarabağla bağlı gözləntilərini açıqlayıb: “Onları siyasi rəhbər adlandırmaq mümkündürsə, o rəhbərlik ermənipərəst lobbiçilik tərəfindən siyasət aparır. Onlar çalışırlar ki, danışıqlar olmasın. Əgər Ermənistan bu şəkildə danışıqlardan imtina edirsə, gündəmə digər məsələ gəlir. Azərbaycanın işğal edilmiş ərazilərinin BMT nizamnamələrinə uyğun olaraq, azad olunması hüququ ortaya çıxır. Bütün bunlar da onu göstərir ki, həmsədrlərin iştirakı ilə gedən danışıqların heç bir əhəmiyyəti yoxdur. Bu vəziyyət hamıya bəlli olduğu halda durumu uzatmaq üçün müxtəlif yollarla danışıqları bərpa etmək istəyirlər. Buna əsas mane olan amil Azərbaycan ictimaiyyətinin rəyidir. Etiraf edək ki, bəziləri 3-5 rayonun qaytarılması rəyini formalaşdırmaq üçün müxtəlif rəylər ortalığa atırlar. Bu cür yollarla çalışırlar ki, ictimaiyyətin danışıqlara olan etimadını yüksəltsinlər. Amma bu mümkün olan bir şey deyil. Artıq 30 ildən sonra hamı başa düşür ki, indiki Ermənistan siyasi elitası Qarabağı azad etmək fikrində deyil. Əgər bu belədirsə, danışıqlar mənasını itirir. Vəziyyət bəllidir. Gəzən söz-söhbətlərin heç bir nəticəsi olmayacaq. Bütün bunlara inanan da olmayacaq. Biz bir sıra məsələləri kəskin şəkildə ortaya qoymalıyıq. İlk növbədə, baş verən danışıqların mahiyyəti ictimaiyyətə çatdırılmalıdır. İctimaiyyət dəqiq bilməlidir ki, orada nə baş verir, nəyə görə sülh danışıqları nəticə vermir. Geniş ictimai rəyi öyrənəndən sonra hökumət hansı siyasəti yürütməli olduğunu dəqiqləşdirəcək. Bu, yeganə yoldur. Baxın, Ermənistan bu addımı atıb və bu və ya digər şəkildə beynəlxalq ictimaiyyəti inandırıb ki, erməni cəmiyyəti torpaqların bir qarışının belə azad edilməsinə razı deyil. İndi guya bizimkilər torpaqları verməyə razıdırlar? Əsla belə deyil. Xalqımızın niyyətini bu və ya digər şəkildə göstərməyə məcburuq. İctimai rəyə əsaslanaraq, öz siyasətimizi qurmalıyıq”. “Yeni Müsavat”
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
Ən son xəbərləri səhifəmizdən də izləyin