Qadınların baş və üz örtüyündən istifadə etməsinə, monoteist dinlərin (yəhudilik, xristianlıq və islam) tarix etibarı ilə ən qədimi olan yəhudiliyin yaranma tarixindən də (b.e.ə. XIII əsr) təqribən 1000-1500 il əvvəl, Şumer və Babil mətnlərində rast gəlinir. Bu tarix İslam dininin yarandığı dövrü (VII əsr) təxminən 3000-3500 il qabaqlayır. Göründüyü kimi, ilkin dövrlərdə örtünmə, dini bir məcburiyyət kimi deyil, ictimai status və təbəqə göstəricisi kimi meydana gəlmişdi. Azad və əsilzadə qadınlar küçədə üzlərini örtər, kənizlər və qullara isə örtünmək qadağan edilirdi. Qadınların örtünməsin ilk dəfə açıq və sərt hüquqi qaydalara bağlayan sivilizasiya Orta Aşşur Krallığı (b.e.ə. XIII əsr) olmuşdur. Orta Aşşur Qanunlarına (A lövhəsi, 40-cı maddə) görə evli, əsilzadə və azad qadınlar küçəyə çıxdıqda başlarını və üzlərini örtməyə məcbur idilər. Bu qanunla örtük cəmiyyətdə "namuslu/azad qadın" ilə "qul/asılı qadın" fərqini müəyyən edən hüquqi bir simvola çevrilmişdi. Antik Yunan və Roma mədəniyyəti dövründə (b.e.ə. VIII əsr – b.e.ə. IV əsr) xüsusilə Afinada əsilzadə qadınlar evdən kənara çıxdıqda başlarını və üzlərinin bir hissəsini şala bənzər bir örtük ilə (himation adlanırdı) bağlayırdı. Romalı evli qadınlar isə, ictimai mövqe rəmzi olaraq küçəyə çıxarkən stola (topuqa qədər uzanan əsas geyim) geyinər və başlarını palla (stolanın üstündən geyinilən başı və boyunu örtən yun parça) ilə örtərdilər. Yəhudilik və Xristianlıqda da örtünmə (b.e.ə.1000 – b.ə. VI əsr) ənənələri davam edirdi. Yəhudilikdə Tövrat və Talmud ənənələrində evli bir qadının başıaçıq küçəyə çıxması qəbahət və boşanma səbəbi sayılırdı. Üzü və başı örtmək ailənin şərəfini qorumaq üsulu idi. Həvari Pavelin Korinflilərə 1-ci məktubunda (xristianlıqda) qadınların dua edərkən və ya ibadət zamanı başlarını örtməli olduqları buyrulmuşdur. İslam dininin yaranmasından əvvəl, Sasani (Fars) imperatorluğunda saray və kübar cəmiyyətin qadınları tamamilə təcrid olunur, küçəyə örtük altında və pərdəli kəcavələrlə çıxırdılar. Başqa sözlə, qadınların üzünü və ya başını örtmək ənənəsi İslamdan 30 əsr (3000 min il) əvvəl Mesopotamiyada təbəqəvi status rəmzi kimi yaranmış, Aşşur, Yunan, Roma, Yəhudi, Xristian və Sasani mədəniyyətlərindən keçərək, VII əsrə qədər gəlib çatıb.
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Musa Qəniyev bildirib.
M.Qəniyev bildirib ki, İslam dini yarandıqdan sonra bu qədim mədəni-sosial təcrübə dəqiq bir dini göstəriş statusu qazanıb (Qurani-Kərimdə Ən-Nur surəsi 24, 31-ci ayələr, Əl-Əhzab surəsi 33, 59-cu ayələr), İslam göstərişlərinə görə, hicabdan istifadənin əsas məqsədi, sinfi fərqləri aradan qaldırmaq (örtünmək cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün mömin qadınlara həvalə olundu), təvazökarlıqla isməti, ön plana çəkmək idi: “Göründüyü kimi mənşəyi baxımından hicabın İslam dininə birbaşa heç bir bağlılığı yoxdur. Bir geyim forması kimi hicab (örtük) İslamdan min illər əvvəl Qədim Şərqin bütpərəst və çoxallahlı dövlətlərində yüksək sosial statusun göstəricisi kimi yaranmışdır. Hüquqi statusu baxımından isə, bəli, bu bağlılıq mövcuddur. İslam bu təcrübəni sistemləşdirmiş və mömin qadınlar üçün ümumi bir dini öhdəliyə çevirmişdi. İslam ənənəsində hicab yalnız bir geyim detalı deyil, davranışı, xarici görünüşü müəyyən edən bütöv bir mənəvi-etik, hüquqi və həya konsepsiyasıdır. Nəzərə alınmalıdır ki, bu konsepsiya yalnız mömin qadınlara şamildir. Odur ki, düşüncə təfəkkürü tam formalaşmamış kiçik yaşlı məktəblilərin başını bağlamaq nəinki arzuolunmaz, hətta yolverilməzdir. Çünki ikinci uşaqlıq yaş dövründə (8-11 yaş) neyro-humoral sistemdə ciddi keyfiyyət dəyişiklikləri baş verir. Həmyaşıdlarından fərqlilik neqativ impulsiv fəallığın aktivləşməsilə müşahidə olunan özünəqapanma, təcrid, hətta suisid halını tətikləyə bilər. Depressiv fonun sürəkli davamı nəinki funksional, hətta gələcəkdə üzvü destruksiv gedişli MSS pozğunluqların meydana çıxmasına zəmin yarada bilər. Odur ki, geyim tərzinə insan, yalnız birinci yetkinlik yaş (19 yaş) dövrünə çatdıqdan sonra, müstəqil şəkildə özü qərar verməlidir. Digər tərəfdən, dövlətin qəbul etdiyi hər bir qanun və qərar icra olunmalıdır. Lakin belə taleyüklü məsələlərlə bağlı verilən qərarlar fərdi və ya məhdud insan qrupunun istəyinin nəticəsi kimi deyil, bu işlə məşğul olan böyük institut və ya elmi birliklərin çoxillik tədqiqatlarının fikir ayrılığına səbəb olmayacağına əminlik verən yekun nəticəsi kimi qəbul olunmalıdır. Unutmaq olmaz ki, hətta inacla deyil (bu mümkünsüzdür) yaşadığımız müasir dövrlə uzlaşmayan digər hansısa bir adət və ənənəni tarixə qovuşdurmaq çox uzun-on illərlə vaxt tələb edir. Bunun üçün elmi əsaslara istinad edən ciddi maarifləndirmə işi aparılmalı və ən əsası, insanların şüurunda müasir dövr və elmi inkişafa uyğun inqilabi sıçrayış və daxili inam hissi formalaşmalıdır”.
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
15 Oktyabr 18:25
15 Oktyabr 18:12
15 Oktyabr 18:07
15 Oktyabr 18:04
15 Oktyabr 17:59
15 Oktyabr 17:47
15 Oktyabr 17:41
15 Oktyabr 17:41
15 Oktyabr 17:34
15 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin