BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə tanımadığı şəxsi döyən kişi amnistiyaya düşdü

Gəncə Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Davud Nəsibovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kəmalə Bayramovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibi üzrə icraata xitam verilib. Davud Nəsibovun barəsində seçilmiş polisin nəzarəti altına qətimkan tədbiri ləğv olunub.

 

İttihama görə, hadisə 2025-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Natavan qəsəbəsinin 3-cü küçəsində baş verib.

 

Belə ki, Davud Nəsibov həmin ərazidə əvvəllər tanımadığı zərərçəkmiş Qafur Tağıyevin (adı, soyadı şərtidir) onu idarə etdiyi avtomobillə təqib etdiyini bəhanə edərək həmin şəxslə münaqişəyə başlayıb. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirib.

 

Nəticədə Qafur Tağıyevin sol yanaq nahiyəsinin yumşaq toxumaları əzilib. Məhkəmə-tibbi qiymətləndirməyə əsasən, bu xəsarət sağlamlığa yüngül zərər vurmaya aid edilib.

 

İttiham tərəfinin mövqeyinə görə, təqsirləndirilən şəxs ictimai yer hesab edilən küçədə törətdiyi hərəkətlərlə cəmiyyətdə formalaşmış davranış qaydalarını qərəzli şəkildə pozub, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

 

Hadisədən sonra Davud Nəsibov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 12 Oktyabr 2026, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin