BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan humanitar yardım idxalını azaltdı

Bu ili yanvar-noyabr ayları ərzində Azərbaycana 25 947,3 min ABŞ dolları humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

 

Pravda.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

 

Eyni zamanda, hesabat dövründə ölkədən 932,61 min ABŞ dolları dəyərində eyni adlı məhsul ixracı həyata keçirilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,3 dəfə çoxdur.

 

Qeyd edək ki, ölkə üzrə cəmi idxalın 0,21%, ixracın isə 0,005%-ni bu kateqoriyadan olan məhsullar təşkil edib.

Tarix: 18 Dekabr 2019, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin