BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Ağazadə: “İran Azərbaycanda özünə poliqon yaratmaq istəyir”

“Hər zaman bu məsələlərdə Azərbaycan qanunlarının hakim olmasını və Azərbaycanda qanunların yerinə yetirilməsinin tərəfdarıyam. Qanunlar da təbii ki, xalqın mənafeyinə, o cümlədən milli-mənəvi dəyərlərə cavab verməlidir. İndiki mərhələdə çox təəssüf ki, qonşu dövlət kimi İran siyasi İslamın ixracı və hakim olması üçün çox çaba göstərdi. İllərdir, deyirik ki, İran Azərbaycanda özünə poliqon yaratmaq istəyir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

İ.Ağazadənin sözlərinə görə, hicab məsələsini təəssüf ki, siyasi İslam məsələsinə qədər yüksəltdilər: “Bundan qonşu dövlətlər, həmçinin daxildə də qonşu dövlətin maraqlarını ifadə edən qruplaşmalardan sitifadə etməyə çalışırlar. İslam inancdır, imandır, siyasət deyil. İslamdan siyasət kimi istifadə etməyə çalışmaq və həm qrup, həm də ayrı-ayrı dövlətlərin maraqlarını yerinə yetirmək hesab edirəm ki, ən vicdansız, dinə yaraşmayan hərəkətdir. Qanunlar yerinə yetirilməlidir.Vahid məktəbli formasının tətbiqində hökumət qüsurları aradan qaldırmalıdır. Bütün hallarda Azərbaycan qanunları hər şeydən üstündür”.

 

Şəhanə Qədirli

Tarix: 13 Oktyabr 2026, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin