BURADA REKLAMINIZ OLA
BİLƏR

Sibiqa: Bolqarıstan yaxınlığında ticarət gəmilərinə hücumda Azərbaycan vətəndaşları yaralanıb

Rusiya ordusunun Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə son hücumu nəticəsində Azərbaycan və Ukrayna vətəndaşları xəsarət alıb.

 

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında yazıb.

 

Sibiqa Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırış edib.

 

Onun sözlərinə görə, bu, bir daha Moskvanın mülki şəxslərin həyatı, eləcə də Qara dənizdə təhlükəsizliyə etinasızlığını göstərir./APA

Tarix: 13 Oktyabr 2026, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin